Monday, May 13, 2013

Rəngli pəncərələrdən həyat.Yeni nəfəs




Uzun müddət sonra ilk postumu Günəşə və Rəngli pəncərələrə həsr edirəm.

Bu gün bu cəsarəti topladım və bloquma daxil oldum.Düşünürəm və düşünürəm və çox düşündüyümü görüb dedim ki,yazmalıyam. Əslində uzun müddətdir yazıram amma bütün pessimist səhifələrlə sağollaşmağa qərar verdim. Əgər həyat bugünə qədər boz görünürdüsə,demək ki günah mənim özümdə olub.Rəngli pəncərələr yaratmalıyıq düşüncəmizdə və qəlbimizdə və Günəş işığı rəngbərəng əksolunmalıdır həyatımıza.


Əgər Sən , Avropa ilə Asiya arasındakı cərəyanda soyuqdəymədən və sivilizasiyalararası fərqlərdən əziyyət çəkən balaca şəhərdə yaşayırsansa, fikirlərinin normal və bir istiqamətdə formalaşması mümkün deyil. Səni çərçivələrə salıb dəyərli bir rəsm əsəri kimi satmaq və ya hədiyyə etmək istəyən valideynlərin olacaq. Buna hazır olmalısan. Evin ən dəyərli amma lazımsız əşyası kimi bir divardan asılan,hərkəsə həvəslə təqdim edilən bir portret olacaqsan. Sən Azərbaycanda gənc qadınsansa ,həmişə özünü əşya kimi hiss etməyə məcbur olacaqsan.

Amma heç kim, ürəyinə və xəyallarına mane ola bilməz. Rənglərini əksiltmədən , Günəş şüalarına yer ayırın,qızlar.

Xoşbəxtlik Bizimlə olsun. Yenidən Başladıq.



No comments:

Post a Comment